Taha Akyol: “Şəhidlikdə Türkiyə bayrağını endirən İlham Əliyev nədən susqun?”
Türkiyənin “Hürriyet” qəzetində tanınmış köşə yazarı Taha Akyol Fransa Senatının məlum ermənipərəst qanunu qəbul etməsinə həsr etdiyi məqaləsində Azərbaycan prezidenti İlham Əliyevi susqun mövqeyinə görə qınayıb.
Bakı və Paris başlıqlı məqalədə Taha Akyol yazır:
Azərbaycan xalqının qardaşlıq duyğularını əlbəttə, bilirəm. Bunu Paris küçələrində də, Bakı küçələrində də gördük. Lakin cənab İlham Əliyev nədən susqun?
Bəli, Azərbaycandakı müxalifət partiyaları Fransanı qınadılar, hətta Fransanın Qarabağ problemi üzrə Minsk qrupundan çəkilməsini istədilər. Bakıda fransız səfir nazirliyə çağırılaraq son qanuna görə “Azərbaycanın çox narahat olduğu” rəsmi olaraq bildirildi. Azərbaycanlı parlamentarilər Fransa parlamentinə məktub yazdı … Dünən Azərbaycan Xarici İşlər Nazirliyi “Fransa tərəfsizliyini itirdi” deyə şərh verdi. Bütün bunlar üçün təşəkkür edirəm.
Lakin Türkiyə Ermənistanla diplomatik bir protokol imzaladı deyə Türk Şəhidliyindəki Türkiyə bayrağını endirən prezidenti İlham Əliyevin niyə səssiz qaldığını anlamıram!
Hörmətli cənab Əliyevin Sarkoziyə bir telefon açmasını, təsirli bir bəyanat verməsini, məsələn, Minsk qrupunda Fransanın üzvlüyü ilə ilgili bir şeylər söyləməsini günlərlə gözlədim. Xeyr, səs çıxmadı. Əliyev kimi Azərbaycanın tək adamı səssiz qalınca digər edilənlər təsirsiz qaldı təbii. Diplomatik deyimlə “lip service”, yəni “rüşvət-i kəlam”.