70000 “dolları” 4000 manata satmaq isətdi, tutuldu

Bakı şəhər sakini saxta əskinazlar satarkən tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, İsgəndər Soltanlı 700 ədəd saxta 100 dollarlıq əskinazı 4000 manata satarkən tutulub.

Saxlanılan şəxs əvvəllər də məhkumluq həyatı yaşayıb.