İlham Əliyevi Gəncədə aldatdılar

Kərəm Həsənov olmayan maaşı yüksək əməkhaqqı kimi təqdim edib

Əhalini ölkə başçısına yaxın buraxmamaq üçün rayonlarda polis postları qurulub
Ilham Əliyevin Gəncəbasar zonasına dünən təşkil olunan səfəri haqda maraqlı məlumatlar əldə etmişik. Bölgələrdəki mənbələrimiz xəbər verir ki, ölkə başçısının səfər marşrutu üzərində olan bütün rayonlarda yaşayış məntəqələri ətrafında polis postları qurulub. Bu postların təyinatı isə mümkün narazı sakinləri president kortejinin qarşısına çıxıb dərdlərini deməsinə imkan verməmək olub.
Aldığımız bilgilərə görə, polislər üzərlərinə düşən işin phdəsindən gələ biliblər. Yalnız bir yerdə kişik “çp” olub. Ağdaşda bir qrup şikayətçi əhali necə oubsa, polis postlarını keçərək president kortejinin şütüdüyü yola yaxınlaşa biliblər. Lakin “çp” dərhal aradan qaldırılıb. Ölkə başçısı məntəqəq çatana qədər şikayətçi əhalini ərazidən qovublar. Gəncədən aldığımız xəbər isə bu səfər proqramında daha böyük bir “çp”nin, həm də dövlət başçısının iştirakı ilə baş verdiyini göstərir. Xəbər bundan ibarətdir ki, Gəncə Alüminium Zavodu ilə tanışlığı zamanı Əmlak məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov ölkə başçısı Ilham Əliyevə yalan məlumat verib. Komitə sədri deyib ki, zavodda çalışanlar yüksək maaşla təmin olunublar, ən aşağı əmək haqqı 450 manatdır. Zavoddakı vəziyyətdən xəbərdar olan yerli mənbələr isə deyirlər ki, buradakı işçilər bir ildir ümumiyyətlə əmək haqqı ala bilmirlər. Beləliklə, bəlli olur ki, Ilham Əliyevin ölkəiçi səfərlərini təşkil edənlər təkcə onu əhalidən “gizləmək” praktikasını gücləndirmirlər, həm də fəhlələrin verilməyən əmək haqqını yüksək maaş təminatı adıyla təqdim etmək kimi yalanlarla onu manipulaysiya edirlər.

Informasiya şöbəsi