Suriyanın Hama şəhəri yaxınlığındakı Bab Kebli qəsəbəsində kəşfiyyat generalı Adel Mustafa öldürülüb.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Suriya Milli Şurası generalı öz əsgərlərinin öldürdüyü barədə məlumat yayıb.
Adel Mustafa əsgərlərə hökumət əleyhinə aksiya keçirən insanlara atəş açmağı əmr edib. Ancaq əsgərlər aksiyaçılara yox, generala atəş açaraq onu öldürüblər.