Gənclər 20 Yanvarı şəhid əsgərlərin ailələrilə yad etdi

20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edən təşkilatlardan biri də Gənclərin Hüquqlarını Müdafiə Komitəsi olub. Komitə ziyarətə ayrıca kolonla yollanıb. Yürüş kolonuna atəşkəs dövründə həlak olan əsgərlərimizin ailələri və yaxınları da qatılıblar. Gənclər sinələrinə cəhbə bölgəsində şəhid olan hərbiçilərimizin fotolarını taxıblar. Yürüş zamanı gənclər himni ifa edib, şəhidlərlə və əsgərlərimizlə bağlı şüarlar səsləndiriblər.
Komitə adından Xiyabana 20 Yanvar şəhidlərimizin xatirəsinə əklil qoyulub.