“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə istintaqın müddəti uzadılır. Bu barədə “Azadlıq”a baş redaktorun vəkili Mənsum Bayramov məlumat verib.
Vəkilin sözlərinə görə bu gün Nəsimi rayon məhkəməsində bu məsələyə baxacaqlar: “Müstəntiq məhkəməyə müraciət edərək, istintaqın müddətinin uzadılmasını xahiş edib. Çünki işə əlavə sübutlar lazımdır. Görünür, ötən 2 aydan çox müddətdə istintaq heç nə əldə edə bilməyib”.
Vəkil həmçinin bütün media nümayəndələrini bu gün saat 16:00-da Nəsimi rayon məhkəməsindəki iclasda iştirak etməyə çağırıb.
Xatırladaq ki, Əvəz Zeynallı ötən il oktyabrın 28-də deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.