Iqor Korotçenko: «Müharibə zamanı Azərbaycan öz mövqeyini Türkiyə ilə koordinasiya etməlidir»
“ABŞ və Israilin Irana hücumu zamanı Azərbaycan öz milli maraqlarını müdafiə etməlidir”. Bu fikirləri APA-ya politoloq, Rusiya Müdafiə Nazirliyi yanında Ictimai Şuranın üzvü, “Milli müdafiə” jurnalının baş direktoru Iqor Korotçenko bildirib.
Onun sözlərinə görə, Iranla müharibə başlayacağı təqdirdə Azərbaycan üçün əsas vəzifə Xəzərdə neft-qaz yataqlarını müdafiə etmək olacaq: ““S-300” favorit sistemləri bəs niyə alınıb? Çünki belə bir təhlükə var ki, müharibə başlayacağı təqdirdə Iran dost olmayan dövlətlərə raket zərbəsi endirə bilər. Eləcə də Xəzər dənizində olan Azərbaycanın neft və qaz quyularına zərbələr endirilə bilər. Bu zaman Azərbaycan Türkiyənin mövqeyinə yaxın mövqe tutmalı və öz mövqeyini Türkiyənin mövqeyi ilə koordinasiya etməlidir. Türkiyə hətta hərbi konflikt yaranarsa, Azərbaycanı müdafiə də edə bilər. Məsələn, Azərbaycana “Patriot” sistemlərinin gətirilməsi yolu ilə. Bu da hava məkanının daha aktiv müdafiəsi üçün vacib ola bilər. Azərbaycan üçün əsas odur ki, onun neft infrastrukturu zədələnməsin. Çünki Iran nəzəri olaraq “Şahab-3” raketləri vasitəsilə Xəzərdə Azərbaycan neft infrastrukturuna zərbə endirə bilər. Ona görə də Azərbaycanla Türkiyə bu məsələdə sıx koordinasiyaya gedəcək” .
Müharibə olsa, İran Xəzərdəki yataqları vuracaq
•
•