“Putin klanı”ın 130 milyard dollarlıq sərvəti

Britaniyanın “The Sunday Times” və Çexiyanın “Lidove noviny” qəzetlərinin verdiyi məlumata görə Putin klanının varidatı 130 milyard dollar dəyərindədir. Reytinqə görə “Vladimir Putin klanı” dünyanın ən varlı ailəsidir. Bu məbləğ dünyanın ən varlı adamı meksikalı maqnat Karlos Slim Elunun varidatından (74 milyard dollar) iki dəfə çoxdur. Ailə biznesinə Vladimir Putinin arvadı Lyudmila, qardaşı İqor, qardaş oğulları Mixail Putin və Mixail Şelomov daxildir. Onlar “Rossiya” bankı daxil olmaqla nəhəng maliyyə strukturlarına nəzarət edirlər. Klanın sərvətinin dövlət müəssələrinə aidiyyatı olmasa da, maliyyə və idarəçilik məsələlərində son qərarı Putin özü verir.