ulduz fali

Günün ulduz falı (15.01.12)

QOÇ

Məhsuldar və maraqlı gündür. Dostu düşməndən ayırmaq baxımından əlverişli gündür. Nəticədə bürcün bir çox nümayəndələri son zamanlar onların irəliləməsinə mane olanları tanıyacaqlar.

BUĞA

Istirahətə ehtiyacınız var. Istər intellektual, istərsə də fiziki yükdən uzaq durun, yaxşı yatın. Ev işlərilə məşğul ola bilərsiniz, çünki bu məsələdə yardımçılarınız çox olacaq. Yaxınlarınız sizi yorulmağa qoymayacaqlar.

ƏKIZLƏR

Günün birinci yarısında ciddi problemləriniz olacaq. Buna sizin yaxınlarınızdan birinin hərəkətləri səbəb olacaq. Yaranmış neqativ emosiyaları idarə etmək asan olmayacaq. Ciddi konfliktin yaranıb-yaranmaması sizdən asılı olacaq. Maddi vəziyyətiniz də pisləşəcək.

XƏRÇƏNG

Günün birinci yarısında sizin ilk düşməniniz öz bədbinliyiniz olacaq. Yaxşı olar ki, hər bir işin uğurlu olacağını tez-tez təkrarlayasınız. Günün ikinci yarısı daha uğurlu olacaq.

ŞIR

Dünənkilə müqayisədə bu gün daha uğurludur. Buna baxmayaraq, bu gününüz də ürəyiniz istədiyi kimi olmayacaq. Qohumların münasibəti sizi narahat edəcək. Idmanla məşğul olmaq, təmiz havada aktiv istirahət üçün əlverişli gündür.

QIZ

Gün ciddi problemlər gətirməyəcək. Siz yaranmış imkanlardan düzgün istifadə edə bilmədiyinizdən özünüzü danlayacaqsınız. Məsləhətlərə qulaq assanız, gün daha məhsuldar olar.

TƏRƏZI

Sevinmək üçün əlinizdə az əsas olmayacaq. Yaxınlarınız xoş sürpriz gətirəcək, uzaqdan xoş xəbər alacaqsınız. Gərginlik hökm sürən münasibətləri də qaydasına salmaq bu gün asan olacaq.

ƏQRƏB

Əlinizə götürdüyünüz işləri bu gün tamamlayacaqsınız. Dünəndən sizi narahat edən suallara cavab tapacaqsınız. Bu üzdən də həyəcanlanmağa və narahatçılığa əsas olmayacaq.

OXATAN

Tələsin. Əla gündür və bundan istifadə etmək lazımdır. Gün yeni macəranın başlanması üçün münasibdir. Bürcün sevən nümayəndələri yarılarını sevindirməyin yolunu tapacaqlar. Bu gün müttəfiq tapmaq da asan olacaq, qarşı tərəf sizin uğurlu auranızdan təsirlənəcək.

OĞLAQ

Əldə etdiklərinizdən maksimum dərəcədə səmərəli istifadə etməyə üstünlük verəcəksiniz. Valideyn “Oğlaq”lar övladlarının əhatəsində vaxt keçirməklə gündən məmnun qalacaqlar.

DOLÇA

Eyni vaxtda bir neçə məsələ barədə düşünürsünüz. Bu da nəticə çıxarmağa imkan vermir. Əgər qabaqcadan plan qursanız və ona riayət etsəniz, neqativ tendensiyalara qalib gələrsiniz. Çətinliklərə baxmayaraq, yaxşı əhval-ruhiyyənizi saxlayacaqsınız.

BALIQLAR

Öz gücünüzə inanmaqla həyəcandan uzaq ola bilərsiniz. Həyat eşqi yüksəkdir, özünüzü yaxşı hiss edəcəksiniz və enerji çatışmazlığından şikayət etməyəcəksiniz. Gün istənilən başlanğıc üçün məhsuldardır. Şəxsi müstəvidə dəyişikliyə təşəbbüs göstərəcəksiniz.