Ölkə prezidentliyinə namizəd belə bir təkliflə çıxış edib
Fransanın Yaşıllar-Avropa Ekologiya (EELV) partiyasından ölkə prezidentliyinə namizəd Eva Joly qatıldığı bir konfransta yəhudilərin və müslümanların dini bayramlarının qeyri-iş günü olması təklifini səsləndirib.
Joly deyib ki, həm Qurban bayramı, həm də Yom Kippur ilə əlaqədar Fransada 1 gün tətil olmalıdır. Onun bu təşəbbüsünə iqtidar partiyadı sərt təpki göstərib. Hakim partiyadan bəyan ediblər ki, bu təklif dünyəviliyə ziddir.