Son günlər Avropa Birliyi ilə İran arasında vəziyyət daha da kəskinləşib. Quruma üzv ölkələrin xarici işlər nazirləri yanvarın 23-də İran neftindən imtina məsələsini müzakirə etməyi planlaşdırır.
Lent.az-ın “İTAR-TAAS”-a istinadən məlumatında bildirilir ki, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton İslam Respublikasına qarşı hərbi əməliyyatların başlamayacağını, sanksiyaların isə sərtləşdiriləcəyini söyləyib: “Hərbi əməliyyatların başlamasından kimsə danışmır. Sanksiyaların məqsədi Tehran hakimiyyətinə öhdəliyini yerinə yetirməyi başa salmaqdır”.
Danimarkanın xarici işlər naziri Vili Seundal jurnalistlərə açıqlamasında bunları söyləyib: “Hərbi əməliyyatlar İranın nüvə problemini həll etmir. Əksinə bu yeni problemlərin yaranması ilə nəticələnə bilər. Ona görə də danışıqlara masasına oturması üçün biz İran hakimiyyətinə qarşı təzyiqləri artıracağıq”.
Danimarkalı nazir yanvarın 23-də Bürsseldə keçiriləcək toplantıda “İran neftinə embarqo və maliyyə institutlarına təsir” məsələlərinin müzakirə ediləcəyinin gözlənildiyini söyləyib. Ehtimal etmək olar ki, ABŞ və Britaniyanın ardınca Avropanın başqa dövlətləri də İranın Mərkəzinə Bankına qarşı qadağanın tətbiq edilməsinə dair qərar qəbul olunacaq.
İranın xam neftindən asılılıq təhlükəsi ilə bağlı məsələdən danışan nazir bu ehtiyacı körfəzin başqa dövlətləri – Səudiyyə Ərəbistanı, Küveyt və Liviyanın hasilatı artırması hesabına ödənəcək.
Xatırladaq ki, yanvarın 16-19-da Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi bölgəsində “Beşinci gələcək enerji” zirvə toplantısı keçiriləcək. Toplantıda səmərəli enerji istehlakı və “təmiz” enerji mənbəyi əldə etmək yollarının aranması müzakirə olunacaq.