«Yeni Azərbaycan» qəzetində nüfuzlu telekanalın ünvanına sərt ittihamlar səsləndirilib
YAP-ın orqanı “Yeni Azərbaycan” qəzeti nüfuzlu BBC telekanalını topa tutub. Qəzetin dünənki sayında telekanalın ünvanına sərt ittihamlar səsləndirilib. Qəzet BBC-ni obyektivlikdən uzaq imperialist güclərin transmilli maraqlarına xidmət edən informasiya vasitəsi olduğunu yazıb:
“BBC-nin fəaliyyət mexanizminin əsasında informasiya resurslarının lokal və qlobal şəbəkəsini formalaşdıran transmilli media qurumlarının istinad etdikləri ən müxtəlif metod və vasitələr yer tutub. Bunların sırasında isə siyasi-ideoloji səciyyəli informasiya manipulsiyası xüsusilə qeyd edilməlidir. Belə ki, nəhəng güc mərkəzlərinin Yaxın Şərq əməliyyatı zamanı – Əfqanıstan olayları, Iraq müharibəsi, Yaxın Şərq və Şimali Afrika hadisələri ərəfəsində BBC-nin sərgilədiyi mövqe və istinad etdiyi metodlar, vasitələr bir daha bunu göstərdi ki, bəhs edilən transmilli media institutunun fəaliyyəti obyektivlikdən uzaq şəkildə konkret imperialist güclərin hərbi-siyasi ekspansiyasının ideoloji əsaslarına xidmət edir”. Qəzet telekanalı reketçilikdə ittiham etməkdən belə çəkinməyib: “BBC-nin fəaliyyətinin müşahidə edilən başlıca reallıqlardan biri də müxtəlif dövlətlərə qarşı istifadə edilən şantaj vasitələridir”.
Hakimiyyətin BBC-ni həfədə almasının səbəbi isə bir neçə gün əvvəl telekanalda Azərbaycanla bağlı yayımlanmış reportajdır. Həmin reportajda may ayında Bakıda keçiriləcək “Eurovision 2012″ mahnı müsabiqəsi üçün arena tikilməsilə bağlı vətəndaşların evlərinin sökülməsindən bəhs edilirdi.
Azad