Azərbaycanda ağılagəlməz rəzalət
Göygölün icra başçısı Arif Seyidov qəbirstanlığı şəxsi təsərrüfatına çevirib
Gəncədə dünyasını dəyişən Rövşən Əzizov adlı şəxsin yaxınları mərhumu Göygöl rayonunun Hacı Məlik qəsəbəsinin qəbirstanlığında dəfn edərkən, problemlə üzləşib. Qəsəbənin bələdiyyə sədri Məsim Quliyev cənazəni qəbirstanlığa buraxmayıb. Hadisə dünən baş verib. Bələdiyyə sədri onlardan qəbir yeri üçün bəribaşdan 50 manat tələb edib. Mərhumun yaxınları məsələ ilə bağlı icra nümayəndəsi Əli müəllimə zəng vurub. Lakin nəticəsi olmayıb.
Hadisə yerində olan əməkdaşımız bələdiyyə sədri ilə telefon əlaqəsi yaradaraq ondan dəfn üçün hansı əsasla 50 manat tələb etdiyinə aydınlıq gətirməsini xahiş edib. Bələdiyyə sədri isə cavabında belə deyib:ÿ”Mən kiməm ki, özbaşına ÿpul yığım. Göygöl Rayon Icra Hakimiyyətində hər ay dəfn edilənlərin hesabatı aparılır.ÿ Bu pullar daÿ icra başçısı Arif Seyidova çatır”.
Ərşad