Proxorov Məbədlər Vadisini 4 milyard dollara almaq istəyir

“40 milyard dollar da təklif etsələr, Məbədlər Vadisi satılmayacaq”

Rusiyalı iş adamı Mixail Proxorov Romadakı Məbədlər Vadisini almaq üçün 4 milyard dollar təklif edib. Amma Proxorovun Zevs Olimpiya Məbədini almaq təklifinə ictimaiyyət sərt reaksiya verərək, bunu əxlaqsız təklif kimi dəyərləndiriblər.
“CNN”in verdiyi xəbərə görə, arxeoloji bölgənin yerləşdiyi Aqrigento şəhərinin bələdiyyə sədri bu alış-verişin mümkün olmadığını bildirib: “40 milyard dollar da təklif etsələr, Məbədlər Vadisi satılmayacaq” (ann.az).
İtaliyanın Şimal-qərbindəki Napoli şəhərindən 20 km aralıda yerləşən Məbədlər Vadisi 1997-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Mədəni İrsi siyahısına daxil edilib.