Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı iddiası üzrə məhkəmə çəkişməsi davam edir. Iş üzrə növbəti proses yanvarın 13-də saat 14.30-da Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, məhkəmə predmetinə “Yeni Müsavat” qəzetində dərc edilən 5, “Azadlıq” qəzetində dərc edilən 1 məqalə səbəb olub. A.Məmmədov qəzetləri onun restoranda ayı kəsdirdiyini və Dubaydan qovulduğunu iddia edən yazılara görə məhkəməyə verib. Iddiaçı hər iki qəzetdən təkzib, üzr və üst-üstə 500 min manat təzminat tələb edir.
«Ayı işi» yanvarın 13-də davam edəcək
•