Ötən gün Türkiyə Superliqasında XIX turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Doğma azarkeşləri önündə “Mersin İdmanyurdu”nu qəbul edən “Bursaspor” meydandan qələbə ilə ayrılıb. Matçın taleyini isə bir qol həll edib. Batallanın vurduğu qol oyunda yeganə olub – 1:0.
Günün digər qarşılaşması isə İstanbulda baş tutub. Burada yerli “İstanbul BB” klubu “Trabzonspor”u qəbul edib. Görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb. Burak Yılmazın dublu “Trabzonspor”a vacib 3 xal qazandırıb.
Superliqanın lideri “Qalatasaray” isə bu tur səfərdə “Samsunspor”un qonağı olub. Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan “Cim Bom” ikinci hissədə rəqibini 4 dəfə məyus edib. Bununla da, 4:2 hesabı ilə qələbə qazanan “Qalatasaray” liderliyini bir qədər də möhkəmləndirib.
Qeyd edək ki, XIX turun qalan görüşləri bu axşam və sabah keçiriləcək.