ABŞ-dan Tehranın hədələri ilə bağlı xəbərdarlıq gəldi
«İran Azərbaycanı uzun illərdir təhdid edir»
ABŞ-ın “Carlisle” Hərbi Kollecinin starteji araşdırmalar üzrə mütəxəssisi, tanınmış hərbi-siyasi analitik Stiven Blank “The Washington Times” qəzetində məqalə ilə çıxış edib.
Məqalədə deyilir ki, Iranın ABŞ-a məxsus pilotsuz kəşfiyyat təyyarəsini ələ keçirməsi təhlükəsizliklə bağlı suallaraÿ yenidən baxmağı qaçılmaz edir. Müəllifin fikrincə, Iran boğazlara və Yaxın Şərqə nəzarət etmək üçün müasir sistemlərlə silahlanmağı qarşısına məqsəd qoyub. Bu isə ABŞ və müttəfiqləri, beynəlxaq təhlükəsizlik, Xəzər hövzəsində enerji maraqları və ən əsası Azərbaycan üçün ciddi təhdid yaradır.
“Hər bir Mərkəzi Asiya ölkəsi kimi Azərbaycan da Iranın hədəfindədir. Bu ölkələr Iranla çalışdıqları qədər maksimum məsafə saxlamaq niyyətindədir. Tacikistan Iranın dini tədris müəssisələrində təhsil alan tələbə-gənclərini geri çağırdı. Digər Mərkəzi Asiya ölkəsi Iranın Şanxay Əməkdaşlıq Təşkilatında iştirakına qarşıdır. Həmin ölkə Tehranın nüvə proqramını da dəstəkləmir. Onlar hamısı Iranı potensial təhdid mənbəyi və terrorçuların himayəçisi kimi görür. Iran həmçinin Xəzər enerjisinin işlənməsində Azərbaycan, Qazaxstan və Türkmənistana ciddi maneələr yaradır”,- deyə məqalədə yazılır.
“The Washington Times” yazır ki, Iran hakimiyyəti ən açıq təhdidlərini qonşusu Azərbaycanın ünvanına səsləndirir: “Rəsmi Tehran Azərbaycanı ABŞ-Israil tandeminə yaxınlıqda ittiham edir. Tehran rejiminin iddiasına görə, Azərbaycan dünyanın super güclərinin dəstəyi ilə Iran ərazisində yaşayan azərbaycanlılardan istifadə edərək bu ölkəni parçalaya bilər. Azərbaycanın şimalı ilə cənubunun birləşməsi qorxusu Iran üçün sadəcə ittiham deyil. Çünki 1920-21 və 1945-46-ci illərdə Sovet hakimiyyəti buna cəhd göstərmişdi. Tehran bunlarla yanaşı onu da iddia edir ki, ABŞ və Israil Irana qarşı bütün əməliyyatlarda Azərbaycandan plasdarm kimi istifadə edə bilər”.
Məqalədə göstərilir ki, faktiki olaraq Iran Azərbaycanı uzun illərdir təhdid edir. Iran Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dəstəkləyib və indi də bu siyasətini davam etdirir. Ermənistan isə öz növbəsində BMT-nin Irana qarşı bütün sanskiyalarına qarşı çıxır. Iran mütəmadi olaraq Azərbaycanı ABŞ və Israillə yaxınlığa görə siyasi-hərbi savaşla hədələyir.
Qəzet yazır ki, Iranın son bəyanatları onun ancaq Yaxın Şərq, Israil, Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələri üçün təhlükə mənbəyi olmadığını göstərir. Iran öz qonşuları və ümumiyyətlə, bütün dünyanın təhlükəsizliyinə ciddi təhdid mənbəyidir. ABŞ və Iranın təhdid etdiyi hökumətlər bu təhlükəni diqqətə almalı və adekvat addımlar atmalıdırlar.
Informasiya şöbəsi