Yaxud müğənninin qaldığı otelin bütün nömrələri niyə bron edilib?
Türkiyəli müğənni Tarkan Bakıda olarkən “Kempinski Hotel Badamdar” otelində qalıb. “Azadlıq”a daxil olan məlumata görə, məhz Tarkan bu oteldə qalacağı üçün bir neçə gün əvvəl “Kempinski Hotel Badamdar”ın bütün nömrələri bron edilib.
Müştərilər əsasən məmur övladları olub. Məlumatlarda deyilir ki, onların məqsədi Tarkanı yaxından görmək, müğənni ilə şəkil çəkdirmək, eyni oteldə qalmaq feyzini yaşasınlar.
Yeri gəlmişkən, məlumatlara görə, “Kempinski Hotel Badamdar” fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur.
Informasiya şöbəsi