Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc fəalları metroda “qəzet oxuma” aksiyası keçiriblər.
Gənclər “Azadlıq” qəzetini nümayişkaranə şəkildə açaraq oxuyublar və məqalələri öz aralarında müzakirə ediblər. Aksiyada məqsəd əhalinin diqqətini cəlb etmək və onların siyasi problemlərə marağını artırmaqdır.
“Ulduz” stansiyasında başlayan aksiya “Neftçilər” stansiyasında başa çatıb. Tədbirin təşkilatçıları bildiriblər ki, bu cür aksiyalar davam edəcək.
Metroda “Azadlıq” aksiyası
•