Guardiola – dünyanın ən yaxşı klub məşqçisi

İspaniyanın “Barcelona” klubununun baş məşqçisi Josep Guardiola Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) tərəfindən 2011-ci il üzrə “Dünyanın ən yaxşı klub məşqçisi” seçilib.
Siyahıda 2-ci yeri Jose Mourinho (“Real Madrid”), 3-cü yeri Alex Ferguson (“Manchester United”) tutub.

İker Casillas (“Real Madrid” və İspaniya yığması) “Dünyanın ən yaxşı qapıçısı”i elan edildi. Burada 2-ci Manuel Neuer (“Bayern” və Almaniya), 3-cü isə Victor Valdes (“Barcelona” və İspaniya) olub;

Xavi (“Barcelona” və İspaniya) – 2011 il üzrə “Dünyanın ən yaxşı playmaker”i seçilib. Onun ardınca 2-ci Lionel Messi (“Barcelona” və Argentina) və 3-cü Andres İniesta (“Barcelona” və İspaniya) gəlir;

2011-ci il üzrə “Dünyanın ən yaxşı milli komanda çalışdırıcısı” isə Uruqvay yığmasının baş məşqçisi Oscar Tabarez elan edilib. Bu nominasiya üzrə 2-ci yeri İspaniya yığmasının çalışdırıcısı Vicente del Bosque, 3-cü yeri isə Almaniyanın baş məşqçisi Joachim Löw tutub.

Sesverme 81 ölkenin futbol yazarı ve ekspertleri arasında aparılıb.