Ona necə dəstək verə bilərsiniz?
Dekabrın son günlərində RF prezidentliyinə daha bir namizədin irəli sürüldüyü barədə rəsmi məlumat yayıldı. Bu, Rinat Hamiyevdir.
Rinat Hamiyev 1971-ci ildə Orenburqda doğulub. Çelyabinsk ali hərbi məktəbini qızıl medalla bitirib. Beynəlxalq Menecment Akademiyasını (zabitlərin ixtisasartırma kursu) bitirdikdən sonra Orsk şəhərində “Remstroydormaş” zavodunda baş direktorun müavini kimi işə başlayıb.
RF prezidenti yanında Ali İdarəetmə Akademiyasında və M.Lomonosov adına Dövlət Universitetində təhsil alıb.
2001-ci ildə Orskda merin müavini vəzifəsinə təyin edilib. 2003-cü ildə RF Təbii Ehtiyatlar nazirinin birinci müavinin müşaviri işləməyə başlayıb.
Seçkiqabağı platformasında tatar dilinə ikinci dövlət dili statusunun verilməsi qeyd edilib.
Email ünvanı: rinat.khamiev@gmail.com
Ona dəstək vermək istəyənlər bu ünvana yaza bilərlər.
İnformasiya şöbəsi