«Bozqurdlar» müşavirə keçirdi

Azərbaycan Milliyətçi Demokrat Partiyasının (AzMDP) ümumrespublika müşavirəsi keçirilib. AzMDP-nin sədri Qələndər Muxtarlı ölkədəki mövcud ictimai-siyasi vəziyyətə, Fransanın “erməni soyqırımı” ilə bağlı məlum qərarına münasibətini açıqlayıb. 

Toplantıda partiyanın Türkiyə cəmiyyətinə ünvanlanan müraciət oxunub. Həmçinin AzMDP-nin Ictimai Palata ilə qarşılıqlı inteqrasiya məsələləri müzakirə edilib. Partiya namizədinin Ictimai Palatanın Koordinasiya Şurasında təmsilçiliyi ilə bağlı qərar təsdiqlənib.