Davudoğlu Tehranda mühüm mesajlar verdi

“Türkiyədə qurulan raketdən müdafiə sistemi İrana təhdid törətmir”

“Başqa bir ölkədə belə sistem qurulsaydı buna qarşı çıxmazdıq, çünki Türkiyənin qonşularına hücum etmək planı yoxdur”

Tehranda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iranlı həmkarı Əli Əkbər Salehi ilə birgə keçirdiyi mətbuat konfransında NATO-nun raketdən müdafiə sistemi mövzusunda əhəmiyyətli açıqlamalar verib.
Davudoğlunun dediklərindən bəzi qeydlər:
– NATO-nun raketdən müdafiə layihəsi müdafiə xarakterlidir. Bu cür fəaliyyət bizə yad deyil. Bu yeni bir vəziyyət də deyil.
– İrana güvənirik, onlar da bizə güvənir.  Bəzən gerçəklərin səhv ifadə edildiyini görürük. Bunlar Türkiyənin İranla olan qardaşlıq əlaqələrini zədələyir. Biz İranı qətiyyən təhdid mənbəyi olaraq görmürük.
– Biz qonşumuzla olan əlaqələrimizi pozacaq bir addım atmarıq.  Türkiyədə yer alacaq radar sistemi sadəcə NATO müdafiə sisteminin bir hissəsidir. Müzakirələr boyunca ana məsələ kimi bu sistemin qonşularımıza qarşı təhdid olmadığı yer alır. Türkiyənin bu mövqeyi NATO sənədlərində də ifadəsini tapır.  Türkiyə torpaqlarından qonşularına hücum ola bilməz. Xüsusilə İrana. Tarixi bağlarımız var bu ölkə ilə.
– İranın özünə qarşı belə bir təhdid görmədiyinə əmin olmaq istəyirik. Başqa bir ölkədə belə bir sistem qurulsaydı buna qarşı çıxmazdım, çünki Türkiyənin qonşularına hücum etmək kimi bir planı yoxdur. İran və ya başqa bir ölkə belə bir sistem qursaydı hörmət edər, məmnun olardıq. Hər bir ölkənin müdafiə məqsədli belə sistem qurmaq hüququ var.