Azərbaycandakı diplomatik missiyası başa çatan ABŞ səfiri Metyu Brayza yanvarın 3-də ölkəni tərk edib. Bu barədə «APA»ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin məlumat verib.
ABŞ Senatı M.Brayzanı səfir vəzifəsinə təsdiqləməyib. Səfir dekabrın 29-da Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdi ki, vəzifəsinə təsdiqlənməsinə dair səsvermə keçirilməsə, yanvarın 3-nə qədər Azərbaycanı tərk etmək məcburiyyətində qalacaq.
Yeni səfir təyin olunana qədər ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini Adam Sterlinq icra edəcək.