Suriya rəhbərliyi Bəşər Əsəd əleyhinə nümayişlərdə iştirakına görə həbs edilən 552 siyasi məhbusun əfv edildiyini bəyan edib. Məlumatı “Əlcəzirə” telekanalı yayıb.Bu, son bir həftə ərzində qeydə alınan ikinci belə haldır. Yanvarın 3-də anti-hökumət nümayişlərində iştirak edən 3500 nəfər əfv edilmişdi. Amnistiya 2011-ci ilin noyabrında Dəməşqlə Ərəb Ölkələri Liqası arasında əldə edilmiş razılaşmaya əsasən həyata keçirilir.
Bəşər Əsədə qarşı mitinqlərdə tutulanlar buraxılır
•