İnqilablar 2012-ci ildə də davam edəcək

Karneqi Fondu: «2011-ci il ərəb dünyasında dərin islahatların onillik tsiklinin başlanğıcı idi»

2011-ci il Yaxın Şərqi dəyişdirdi və “ərəb baharı” hətta Rusiyanın oyanmasına gətirib çıxardı. Bu gün ABŞ-dakı bir çox analitiki bu sual maraqlandırır: “bu proses 2012-ci ildə də davam edəcəkmi?”
“Turan”ın Vaşinqton müxbiri bu mövzu ilə bağlı bəzi analitiklərin fikrini öyrənib.
Karneqi Fondunun prezidenti Cessika Takman Metyuz ehtimal edir ki, oyanma prosesi davam edəcək və bunu gözlənilməz hesab etmək olmaz. “Bunu ”ərəb baharı” adlandırmaq düzgün deyil, bu, mövsümi, hətta illik tsikl deyil. Çox güman ki, 2011-ci il ərəb dünyasında dərin islahatların onillik tsiklinin başlanğıcı idi”, – o deyib.
Yeni il yeni hökumətlər üçün çətin olacaq, belə ki, iqtisadi irəliləyişi təmin etmək lazım gələcək. Regiondakı adamlar onların iqtisadi durumunun yaxşılaşdırılmasını tələb edirlər ki, bu da indiki şəraitdə çətindir.
Nyu-Yorkdan olan analitik Uilyam Pfaff hesab edir ki, Yaxın Şərqin oyanması hər şeydən əvvəl adamların ədalət tələb etməsidir. Lakin məsələ bundadır ki, onlar ədalətli və müasir hökumət qurmağa qadirdir, ya yox?
“Ərəb oyanışında əsas məsələ budur: bu, cəmiyyətdə hər bir adamın azadlığını təmin edən siyasi sistemə gətirib çıxaracaqmı?”, – Pfaff qeyd edib.
Çikaqonun Loyola Universitetindən Ceyk Olzen hesab edir ki, əgər 2011-ci il etiraz etiraz altında keçdisə, 2012-ci i qeyri-zorakılıq ili ola bilər.
Marşall Fondunun üzvü Coşua Yoker hesab edir ki, 2012-ci il Türkiyədə yenidənqurma erasının başlanğıcı ola bilər.
“Yaxın Şərqdə demokratik islahatlar müsbət əlamətdir və ikili standartlar, Türkiyənin və digər Qərb ölkələrinin iqtisadi və ya geosiyasi maraqlarındakı ziddiyyətlər yox olmayıb”, – o bildirib. Qərb bunu prinsip və demokratiya toplumu kimi müəyyən edir, bu standartların Türkiyə tərəfindən tətbiqi ardıcıldır və hər yerdə baş verir – qarşılıqlı faydalı proses kimi. Bu, Türkiyənin Qərbin tərəfdaşı qismində möhkəmlənməsi üçün unikal imkandır.