ulduz fali

Günün ulduz falı (31.12.11)

QOÇ
Gün özü ilə gözlənilməz olaylar gətirəcək. Dərhal planlarınızı dəyişəcəksiniz. Bu günə fəal istirahət arzuolunandır. Qripə tutulmaq ehtimalı böyük olduğundan çoxlu qaynar içkilərə üstünlük verməyiniz məsləhətdir.
BUĞA
Gün çox ziddiyyətlidir. Siz həm işlərin ödəsindən gəlməli, həm də yaxşı əhval-ruhiyyənizi saxlamalısınız. Bununla  yanaşı, ətrafdakıların da əhvalını qaldırmalısınız. Günün ikinci yarısı hər xırda işi ürəyinə salmayanlar üçün uğurludur. Günün hadisələrindən məmnun qalacağınız bildirilir.
ƏKIZLƏR
Gün heç bir çətinlik gətirmədən, xoş keçəcək. Istənilən işi tez həll edəcəksiniz, istədiyinizə asanlıqla çatacaqsınız. Gələcəklə bağlı planlar qurmaq baxımından əlverişli gündür. Gün gəzinti, səyahət üçün münasib hesab edilir. Maraqlı tanışlıq sizi gözləyir.
XƏRÇƏNG
Bu günün çatışmayan bir cəhəti var, o da işgüzarlığınızın sıfra enməsidir. Ona görə də yaxşı olar ki, vacib məsələlərin həllilə günün birinci yarısında məşğul olasınız. Xoş sürprizlər də sizi gözləyir. Yaxınlarınızın qayğısı və istəklərinizə qarşı biganə qalmaması sizi sevindirəcək.
ŞIR
Bu gün bir güllə ilə iki dovşan hədəfləməkdən qorxmayın. Ulduzlar bildirir ki, bu, sizdə alınacaq. Bu gün sizin parlamağınız, ətrafdakıların qəlbini ələ almaq üçün çox uyğun zamandır. Sizi çoxlu sayda maraqlı görüş, kompliment və xoş ünsiyyət gözləyir.
QIZ
Gün baş gicəlləndirəcək qədər maraqlı olacaq. O qədər ağlagəlməz hadisələr baş verəcək ki, özünüz də bunun real, yoxsa yuxu olduğuna şübhə edəcəksiniz. Son zamanlar haqqında çox düşündüyünüz adamla görüşəcəyiniz ehtimal olunur. Bütün həyəcan və gərginlik keçmişdə qalacaq.
TƏRƏZI
Demək olar ki, əlinizə götürdüyünüz istənilən iş alınacaq. Səhər erkəndən əhvalınız yaxşı olacaq. Bu günə istənilən görüş təyin etmək olar, hamısı yaxşı keçəcək. Gözləmədiyiniz qonağın gəlişi sizi sevindirəcək.
ƏQRƏB
Maraqlı, ancaq çətin gün yaşayacaqsınız. Siz döyüşkən xarakterə sahib olduğunuzdan çətinliklər sizi qorxuda bilməz. O üzdən də maraqlarınızı müdafiə etmək üçün iradəli və möhkəm olun. Günün ikinci yarısında şənlənə biləcəksiniz, yaxınlarınızın sizə xoş sürprizi var.
OXATAN
Gözlənilməz yeniliklər baş verəcək. Bürcün nümayəndələri nikbin olacaqlar. Yeri gəlmişkən, bu nikbinliyə kifayət qədər əsas var. Bu gün çətin işlər görməyiniz məsləhət deyil. Həmin işləri gələn ilə təxirə salmaq mümkündür.
OĞLAQ
Bu gün başınızı problemlərlə yormayın. Yaxşı olar ki, istirahət edin. Gözlənilməz qələbə də istisna deyil. Günün maliyyə mənzərəsi yaxşılığa doğru dəyişəcək. Axşam gəzintiyə çıxsanız, təmiz havanın faydasını görəcəksiniz.
DOLÇA
Asan və xoş gündür. Əhvalınız o qədər yaxşı olacaq ki, siz hər mənasız şeyə də sevinəcəksiniz. Bu gün əla görünüşə sahib olacaqsınız, asanlıqla geyim seçəcəksiniz. Günün ikinci yarısında yaxınlarınızı sevindirmək imkanınız olacaq.
BALIQLAR
Xoş harmoniyalı gündür. Kifayət qədər sevinə biləcəksiniz. Bu günə istənilən işi planlaşdıra bilərsiniz, çünki hamısının öhdəsindən gələcəksinz. Yaradıcılıq potensialınız yüksəkdir, ideyalarınız ətrafdakılar tərəfindən qəbul ediləcək. Ehtimal ki, romantik macəranız olacaq.