“Koroğlu” metrostansiyası istifadəyə verilib

“Koroğlu” (keçmiş “Əzizbəyov”) metrostansiyası istifadə verilib.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, artıq “Memar Əcəmi” – “Həzi Aslanov”, “İçərişəhər” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarlar “Ulduz” stansiyasını, “Həzi-Aslanov” – “Memar Əcəmi”, “Həzi Aslanov” – “İçərişəhər” istiqamətində gedən qatarlar “Qara Qarayev” stansiyasını keçdikdən sonra növbəti stansiyanın “Koroğlu” stansiyası olduğu elan edilir və qatarlar bu stansiyada dayanır.