“Rabitə” finalda!!!

“Rabitə” bu gün “Top Volley İnternational” beynəlxalq turnirində yarımfinal görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu finala gedən yolda Braziliyanın “Unilever” komandası ilə qarşılaşıb.

Zoran Qayiçin yetirmələrinin “samba”çıları da əvvəlki 2 görüşdə olduğu kimi, asan məğlub edəcəyi gözlənilirdi. Çünki artıq bu il dünya çempionatında Braziliyanın “Sollis Nestle” komandasına gücünü göstərən voleybolçularımız bu dueldən də üzüağ çıxmaq gücündə idi. Gözlənilər baş verib və komandamız amerikalılara gücün sübut edib.

Hər 3 setdə qələbə qazanan təmsilçimiz finala yüksəlib. “Rabitə” həlledici matçda “Valero” – “Kann” görüşünün qalibi olacaq.