Eynulla Fətullayev: «Amnesty International»ın tənqid hədəfində ilk növbədə Qərbin özü durursa, Azərbaycana qarşı hansı qərəzdən söhbət gedə bilər?»
“Azərbaycan müstəqil siyasət yürütdüyünə görə, bunu bəyənməyənlər, qəbul etməyənlər həmin o qurumlara tapşırıqlar verirlər, o qurumlar da bu cür bəyanatlar, hesabatlar ortaya qoyurlar. O biri tərəfdən də, erməni əsilli milyonçular var ki, onların daÿmaliyyələşdirdiyi müxtəlif qurumlar mövcuddur. Onlar Azərbaycanın beynəlxalq imicinə ziyan gətirmək üçün vaxtaşırı bunu edirlər. Bizim müxalifətin də içindən, adını hüquq müdafiəçisi qoyub, adını jurnalist təşkilatı qoyub, gizlincə qrant almaq üçün o dairələrə bu cür arayışlar göndərənlər var. Onlar da həmin arayışı açıqlamadan, yoxlamadan, bu cür bəyanatlar verirlər. Çünki onlara sərf edir. Bunlara əhəmiyyət vermək lazım deyil”.
Bu sözləri “Azərbaycan” qəzetininÿbaş redaktoru, deputat Bəxtiyar Sadıqov “Amnesty International” təşkilatının Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə dair son hesabatına münasibət bildirərkən deyib.
Hüquq müdafiəçisi Eynulla Fətullayev isə B.Sadıqovun “Amnesty International” haqqında dediklərini absurd adlandırıb: “Bu, Bəxtiyar Sadıqov kimilərin tanınmış bir təşkilatın nüfuzuna vurmaq istədikləri ləkədir. Azərbaycan hökumətinin insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı siyasəti tənqid olunanda bunu mütəmadi olaraq erməni lobbisi ilə əlaqələndirirlər. Bu texnologiya illərdir həyata keçirilir və artıq bizi təəccübləndirmir. Əksinə əks effekt yaradır. ”Amnesty International” dünyada ən nüfuzlu beynəlxalq insan haqları təşkilatıdır. BMT-nin, Avropa Ittifaqının, digər nüfuzlu hökumət qurumlarının yanında məşvərətçi statusa sahibdir. Ona görə də, Bəxtiyar Sadıqovun dedikləri sadəcə cəfəngiyyatdır. Bu məlumatı oxuyan oxucu dərhal başa düşür ki, bu yalandır”.
E.Fətullayev deyir ki, “Amnesty International” nəinki Azərbaycanı, hətta öz hökumətini çox ciddi şəkildə tənqid edən qurumdur: “Bu qurum bu yaxınlarda Corc Buşun həbsini tələb edib. Əgər ”Amnesty International” kimi təşkilat Buşun həbsini tələb edirsə, Britaniya hökumətinin siyasətini sərt şəkildə tənqid edirsə, Azərbaycan hökumətinə qarşı hansı qərəzdən söhbət gedə bilər? Bu qurumun arxasında kimlərinsə durduğunu iddia etmək qeyri-adekvat bir qiymətləndirmədir. Çünki “Amnesty International”ın tənqid hədəfində ilk növbədə Qərbin özü durur”.