“Türkiyə canı-qanı bir qardaş xalq üçün azadlıq tələb etmək məcburiyyətindədir”
“Türkiyə canı, qanı, dili, dinilə bir qardaş xalq üçün azadlıq tələb etmək məcburiyyətindədir”
“Yalana, talana söykənən, türklük şüuruna, birliyinə xəyanət içində olan bir despot rəhbərliyin davam etməsinə göz yummaq qardaş xalqın zülm altında inləməsinə razı olmaq deməkdir”
Türkiyənin tanınmış köşə yazarlarından olan Cahit Kılıç Azərbaycan hakimiyyətinin Türkiyəyə münasibəti mövzusunda sərt tənqidlərlə dolu məqalə dərc etdirib (haberx.com). Məqaləni Azərbaycan türkcəsinə uyğunlaşdıraraq, bəzi ixtisarlarla təqdim edirik:
Türkiyə-Azərbaycan arasındakı xəyanət mərkəzi
30 noyabr 2010 tarixində yazdığım bir yazıda, o zaman yeni açıqlanan “WikiLeaks” sənədlərindən yola çıxaraq, dost-düşmən qarşısında pərdəni də çox qaldırmadan, diplomatik bir dillə aşağıdakı qiymətləndirməni etmişdim:
– Ortaya çıxanların içində dişə toxunası bir-iki mövzu ələ alına bilər. Bunlardan biri Ilham Əliyevin “Türkiyənin beynəlxalq enerji mərkəzi olmasını istəmədik” deməsidir.ÿ
Ilham Əliyevi “dövlət adamı” adlandırmaq çətindir, atası kimi siyasətin atəş xəttindən keçməyib, qurdlar süfrəsindən sıyrılmayıb, gələcəyi görmək qabiliyyəti də qeyri-kafidir.
Bizə görə, dərk etməsi lazım olan budur ki, Azərbaycan Sovet Ittifaqının işğalı altındaykən də Türkiyə azad respublika kimi var idi. Türkiyə Azərbaycan olmadan da beynəlxalq aktyor idi və bu aktyorluğu davam etdirəcək.ÿAzərbaycanın isə əhəmiyyətli bir aktyor ola və müstəqil dövlət kimi ayaqda qala bilməsi üçün hər zaman qardaş Türkiyənin dəstəyinə ehtiyacı var.ÿBunu töhmət olsun deyə dilə gətirmirəm, bu, günümüzün gerçəyidir.ÿBeynəlxalq siyasət də gerçəklər üzərində qurulur.
Qulunuz bir Azərbaycan türküdür.ÿBu səbəbdən iki qardaş ölkənin əl-ələ, qol-qola getməsini, beynəlxalq arenada bir-birinə qeyd-şərtsiz dəstək verməsini başqalarından bir az daha çox istəyirəm.ÿHətta daha da irəli gedərək, bir utopiya belə olsa, bu iki ölkənin bir gün birləşməsini xəyal etməkdən belə, gizli həzz alıram.
Amma…
Ilham Əliyev Azərbaycanın gələcəyi üçün bir şanssızlıqdır
Ilham Əliyevdə həmişə bir Türkiyə qısqanclığı hiss edirəm.ÿAzərbaycan televiziyalarında Türk seriallarının belə, Istanbul ləhcəsilə yayımlanmasını qadağan edən, Türkiyəyə hər zaman soyuq davranan, uzaqdan uzağa təkəbbür göstərən Ilham Əliyev Azərbaycanın gələcəyi üçün bir şanssızlıqdır. Onun iki qardaş ölkənin gələcəyinə dair bir baxışı yoxdur. Daha açığı, o, Türkiyənin bütün cəhdlərinə baxmayaraq, “iki dövlət, bir millət” ifadəsinin təkərinə çomaq soxmaq istəyən biri kimi qarşımıza çıxmaqdadır. Gələcəyə gedən qardaşların avtomobilinin təkərinin önünə daş diyirləyir…
Ümid edirik və istəyirik ki, Ilham Əliyev bu səhv siyasətindən imtina edər, iki ölkə əlaqələrinin daha isti hala gəlməsinə töhfə verər…
***
Faktlara söykənən bu dəyərləndirmə yazılmasından 13 ay sonra – bu gün də doğruluğunu və hətta təzəliyini qoruyur.
Ilham Əliyevin Türkiyəyə qarşı tutumunda heç bir dəyişiklik mövcud deyil.ÿ25 oktyabr 2011-ci il tarixində Izmirdə atılan imzaya (qaz anlaşması nəzərdə tutulur – red.) səbəb də ərəb baharı yelinin Qafqazlara və hətta indi görünür ki, Orta Asiya ilə birlikdə Rusiyaya da doğru əsməsidir.ÿÇox yaxşı bilinir ki, əgər bir Qafqaz baharı başlayarsa, Ilham Əliyevin üzünə baxacaq və onu himayəsi altına alacaq tək ölkə Türkiyə ola bilər.ÿTəkrar edək: Izmirə səssizcə və qaçaraq gəlib imza atmağın kəraməti azadlıq küləklərinin titrətdiyi dizlərdədir…
Bu rəftar nədir?
Fransa parlamentində saxta erməni soyqırımını inkar etməyə görə cəza nəzərdə tutan qanunun qəbulu bizlər üçün bəzi konkret gerçəklərin ortaya çıxmasına da səbəb oldu. Türkiyə var gücüylə Fransanın qarşısında durarkən Azərbaycan rəhbərliyindən heç səs çıxmaması çox mənalıdır.ÿNə Milli Məclis, nə də Azərbaycan hökuməti bir qınama mətni belə yayımlamadı. Zurnanın son dəliyi sayıla biləcək bir-iki nəfər cılız etiraz səsləri çıxararaq, vəziyyəti ötürməyə çalışdılar.
Bütün dünyanın bildiyi kimi, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və vəziyyəti qoruya bilməsi üçün arxasındakı ən böyük birinci güc Rusiya isə, ikinci güc Fransadır.ÿHal beləykən, Fransaya qarşı dirəniş göstərməsi lazım olan Azərbaycan, əksinə, bəsirətsiz bir dövlət başçısının əlilə vəziyyəti təslimçilik nöqtəsinə endirib. Onun həyat yoldaşı Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik edir, Fransadan mükafat alır.ÿƏliyevsə bu fırtınalı günlərdə bir də Fransa ilə əlaqədar bir memorandum imzalayır…
Nə oldu, bəs, biz bir millət, iki dövlət idik?! Türkiyə Azərbaycanla əlaqədar heç bir fədakarlıqdan əsla çəkinməzkən, Azərbaycandakı bu rəftar nədir?
Burada bir haşiyə çıxmaq istəyirəm. 1997 və ya 1998-ci il idi.ÿHeydər Əliyev Türkiyədə verdiyi bir müsahibədə belə demişdi: “Türkiyə çox böyük bir dövlətdir.ÿMilyard dollarlıq şirkətləriniz, milyardlarla dollarlıq yatırımlarınız, on milyardlarla dollarlıq büdcəniz var.ÿBizim isə Türkiyənin yanında sözü belə edilməyəcək qədər kiçik bir büdcəmiz var.ÿCəmi-cümlətanı 650 milyon dollar”.
Qeydləri yəqin ki, televiziya arxivində durur, istəyən axtarıb tapar.
Yoxsa Fransa banklarında bir neçə milyard dollar yatır?..
Aradan 13-14 il kimi qısa bir zaman keçmiş olmasına baxmayaraq, bu gün Ilham Əliyev və yaxın ətrafındakıların hər birinin 6-7 milyard dollarlıq şirkətlərinin olduğunu bilməyən yoxdur.ÿBu pulların qaynaqları nələrdir, haradan axır bu Araz və Kür qədər pul?
Beytülmalın talan edilərək başda ailəyə və (və ya) ailənin ən yaxınındakılara olmaqla, dağıdılan pullardan heç olmasa, bir miqdarı ilə Avropa və Amerikada güclü bir erməni əleyhdarı lobbi qurmaq olmazmı?ÿBir-iki milyard dollara faşist Patrik Devejiyana qarşı neçə fransız siyasətçi satın ala bilərsiniz…ÿSiyasətdə satın alınacaq çox adam var. Inanmırlarsa, ətraflarındakı satılmışlara baxsınlar.
Milyonlarla dolların köçürüldüyü “Heydər Əliyev Fondu” Əliyev ailəsinin xüsusi təyyarələrlə orada-burada gəzinti və parıltılı yığıncaqlarınamı xidmət edir yalnız?
Yoxsa Fransa banklarında ailəyə aid gizli hesablarda bir neçə milyard dollarmı yatır?
Bu o demək deyil ki, Türkiyə Əliyevlərə boyun əyəcək…
Bakıdakı Türkiyə səfirliyi və əlaqədar ataşe bütün bunları görmürmü? Bizim görmədiyimiz daha nə qədər intriqaları, insan hüquq və azadlıqlarının hər gün tapdalandığını, xarici siyasətdə ayaq sürüməni, Türkiyənin təkərinə daş qoymanı və s. hesabat halına salıb Ankarada Türkiyə hökumətinin önünə qoymurlarmı?
Türkiyə daim Azərbaycan dövlətinin və xalqının yanında olub, bundan sonra da olmağa davam edəcək. Buna heç kimin şübhəsi ola bilməz. Amma bu o demək deyil ki, qeyd-şərtsiz Əliyev rəhbərliyinə boyun əyir və ya boyun əyəcək.
Qonşu xalqlar üçün azadlıq, insan haqları tələbində olan Türkiyə, canıyla, qanıyla, dililə, dinilə bir qardaş xalq üçün də azadlıq tələb etmək məcburiyyətindədir. Yalana, talana söykənən və Türklük şüuruna, birliyinə, dirliyinə xəyanət içində olan bir despot rəhbərliyin davam etməsinə göz yummaq qardaş xalqın zülm altında inləməsinə razı olmaq deməkdir…
Və zənnimcə, artıq oyanmağın zamanıdır…