Dünyada anlaşılmaz şeylər çoxdur. Gərək, bizdə də kimsə oturub sterotiplər haqda bir kitab yazsın. Nədən kiməsə dünyada münasibət yaxşı olur, başqa birisinə isə, əksinə pis yanaşırlar? Inanın, bu ciddi məsələdir. Tutaq, Rusiya kimi ölkədə bizə münasibəti bir vaxt bazarlarda alış – verişlə məşğul olanlar formalaşdırıb (hərçənd, mən buna qətiyyən inanmıram!). Bəs o biri ölkələrə nə gəlib? Onlar niyə təxminən eyni münasibəti sərgiləyirlər? Mən bu erməni tayfasına dünyada olan münasibətə baxıram. Bəlkə mədəni dünyanın böyük səhvi budur ki, onlar erməniləri də özləri kimi mədəni və tolerant xalq hesab edirlər. Bu insanların düşüncə tərzi, mühakimə yürütmək forması adamı əsl mənada heyrətə gətirir. Mən burada siyasi misallar gətirməyəcəm. Sovetlər çağında Ermənistan Elmlər Akademiyasının prezidenti V.Ambartsumyan idi.
Bu adamın ulduz kosmoqoniyası, yəni ulduzların yaranması ilə bağlı iki – üç sərsəm cümləsi vardı. Həmin bu sayıqlamaları şişirdib bütün dünyaya ixrac etmişdilər və adını da qoymuşdular “Bürakan konsepsiyası”! Ortalıqda heç bir ciddi fiziki arqument yox idi, hesablama aparılmamışdı, qərəz, sözün əsl mənasında cəfəngiyyat idi! Amma bu cəfəngiyyat astrofizika ilə bağlı bütün populyar kitabalara yol tapmışdı, ermənilər imkan düşən kimi bunu, bütün o cəfənciyyatı ciddi elmdən uzaq adamlara təbliğ edirdilər. Bir dəfə ulduzlarla bağlı mühazirədə bizim tələbə yoldaşlarımızdan biri müəllimimiz V.Q.Kurta
(çox ciddi alim idi!) dedi ki, “Bürakan konsepsiyası” haqda nə düşünürsüz?
V.Q.Kurt da cavabında dedi ki, elmdə belə konsepsiya yoxdur, bu, daha çox jurnalistlərin və fırıldaqçıların uydurduğu cəfəngiyyatdır! Mən o an bəlkə öz həyatımda ən xoş məqamları yaşadım. Bu misalı niyə çəkdim? Ictimai, elə siyasi elmlərdə hamı öz fantaziyasına meydan verə bilər. Lakin dəqiq elmlər tamam başqa şeydir. Burada hər bir arqument gərək eksperimental faktlarla əsaslandırılsın və ciddi riyazi hesablamalarla müşaiyət olunsun! Bu erməni tayfası hətta dəqiq elmlərdə də yalan danışırdı! Özü də utanmadan, qorxub çəkinmədən! Indi biz – bütün türklər çalışırıq ki, bunlara müəyyən tarixi olay və faktları qəbul etdirək! Mümkündürmü? Əsla! Bunların fizikləri, riyaziyyat adamları yalan danışır, yalan düzüb – qoşur, ondan qala tarixçiləri ola! Bəli, bizim ən böyük, bağışlanmaz səhvimiz budur ki, bunlara qonşuluğumuzda yer vermişik, bunlarla qonşu olmuşuq! Bəzən deyirik ki, günan bunlarda da deyil, hər şeyi qarışdıran Rusiyadır! Yaxşı bu ruslar Gürcüstanı nədən özləri istədikləri kimi “oynada” bilmirlər? Məgər Gürcüstanda daha böyük ölkə və dövlət haqqında fikirləşənlər yoxdur? Var! Lakin millətin böyük hissəsi belə deyil, rasional düşünür, humanist dəyərlərə tapınır, ona görə də Gürcüstan Rusiyanın əlində başqalarına qarşı “oyuncağa” çevrilmir! Amma bunlar bir başqa şeydir! Bunların məntiqi ən tolerant və ən səbrli adamı belə özündən çıxarmaq iqtidarındadır! Ona görə də əsəblərinizi qoruyun… Bizim o erməni tayfası ilə qovğamız hələ çox çəkəcək. Bu məntiq haqqında çox fikirləşdim və yadıma bir detal düşdü. Sinergetikada məşhur məsələ var. Onun olduqca qəribə məzmunu var və adı da “yırtıcı – ov” məsələsidir! Bu ermənilərin də məntiqi və davranışı elə əsl yırtıcı davranışıdır!
DEKABRIN SONU GÜNÜ, GƏLIR AKSIYA GÜNÜ…
Mən bu sətirləri yazanda Rusiyadakı etiraz aksiyaları hələ sabah başlanmalı idi və təbii ki, bu sətirlər işıq üzü görəndə artıq aksiyadan bircə gün ötəcək. Mən Rusiyadakı proseslər haqda yazmışam, imkanım daxilində onları təhlil etmişəm, yenidən təkrar etmək fikrim yoxdur. Sadəcə, onu qeyd edərdim ki, 24-nə nəzərdə tutulan aksiya bir çox suallara cavab verəcək. Bizlər ən azı tendensiyanı hiss edəcəyik. Ən maraqlısı budur ki, indi əsl Internet nəsli və insanları yetişib. Bu neçə ildə ictimai enerji “akkumlyasiya” olunub. Həmin aksiya bir çox mətləblərə işıq salacaq: ruslar nə oxuyur, nə düşünür, daha çox hansı nəsil etrraz edir… Bu hadisələri təkcə biz izləmirik. Elə hakimiyyət də ciddi şəkildə o prosesləri izləyir. Cavab yubanmayacaq!