Dekabrın 23-də Praqada məşhur yazıçı, ictimai xadim, siyasətçi Vatslav Havellə vida mərasimi olub. Havel dekabrın 18-də Çexiyanın paytaxtı Praqada dünyasını dəyişib.
“Media forum” saytı xəbər verir ki, vida mərasimində Fransa prezidenti Nikola Sarkozi, Almaniya prezidenti Kristian Vulf, Britaniyanın baş naziri Devid Kemeron, ABŞ dövlət katibi Hillari Klinton, ABŞ-ın sabiq prezidenti Bill Klinton da iştirak edib.
1936-cı ildə Praqada anadan olan Havel ədəbi yaradıcılığa 1955-ci ildə dramaturq kimi başlayıb. 1960-cı illərin ortalarında Çexoslovakiyanın kommunist hakimiyyəti yazıçının bəzi əsərlərinin çapına qadağa qoyub.
1970-ci illərdən kommmunist rejiminə qarşı açıq dissident fəalliyyəti göstərən Havel 1989-cu ildə Çexoslovakiyada məxməri inqilab hərəkatına başçılıq edib və həmin il ölkə prezidenti seçilib.
1993-2003-cü illərdə isə Havel Çexiyanın prezidenti olub.