Sarkozi qalmaqallı qanundan danışdı

Fransa parlamentinin aşağı palatası – Milli Məclis saxta erməni soyqırımı idialarının inkar edilməsini cinayət sayan qanun layihəsini qəbul edəndən sonra ölkə başçısı Sarkozi bu mövzuda ilk dəfə danışıb.
Frans Press xəbər agentliyinin bildirdiyinə görə, Sarkozi deyib: “Mən türk dostlarımızın fikirlərinə hörmət edirəm. Türkiyə çox böyük ölkə, çox böyük mədəniyyətdir. Onlar da bizim fikirlərimizə hörmət göstərməlidirlər. Fransa kimsəyə dərs vermir, amma kimsədən də dərs istəmir”.
Fransa prezidenti bu açıqlamanı Çex Respublikasının əfsanəvi prezidenti Vaclav Havelin dəfn mərasimi üçün getdiyi Praqada verib.