Misirdə etirazlar səngimir

Misirin paytaxtı Qahirədə hərbi rəhbərliyə qarşı növbəti aksiyası keçirilib. Nümayişçilər hərbi şuranın bir neçə gün əvvəl 17 nəfərin ölümü ilə nəticələnmiş toqquşmalarla bağlı fəaliyyətinə etirazlarını bildiriblər. Mitinqçilər son hadisələri beynəlxalq ictimaiyyətin də tənqid etməsini istəyiblər. Təhrir meydanına toplaşan tələbələr bütün misirliləri nümayişə qoşulmağa çağırıblar.

Qeyd edək ki, son toqquşmalarda ölənlərdən 2-si tələbə olub. Etirazçılar həmçinin hərbi şuranın hakimiyyəti planlaşdırıldığından daha sürətlə mülki hökumətə təhvil verməsinə çağırıblar. Hərbi şuranın demokratik dəyişikliklə bağlı öhdəliklərinin icrasına şübhə ilə yanaşan etrazçılar Misirdə Hüsni Mübarək rejiminin devrilməsi ilə nəticələniş iğtişaşların başlamasının ildönümündə, yəni yanvarın 25-də prezident seçkisinin keçirilməsini istəyirlər.