Fransa qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etdikdən sonra ATƏT-in Minsk qrupunda öz vasitəçiliyini dayandırmalıdır, çünki ölkə öz neytrallığını itirib.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Abdullah Gül bəyan edib. Məlumatı “TRT Haber” telekanalı yayıb.
Abdullah Gülün sözlərinə görə, “erməni soyqırımı” haqqında qanunun qəbulu Qafqazda sabitliyin bərqərar olması işinə ziyan vurur, o cümlədən, Azərbaycanla Ermənistan arasında onsuz da gərgin olan vəziyyəti pisləşdirir