Daha bir ölkə Əsədin pullarına həbs qoydu

Suriyada növbəti cümə etirazları keçirildi

Paytaxt Dəməşqdə 2 partlayış törədildi: ən azı 40 ölü, 100 yaralı

Suriyada Əsəd rejiminə qarşı etirazlar davam edir. Ölkənin paytaxtı Dəməşqin müxtəlif bölgələri başda olmaqla Dəraa, Homs, Həma, İdlib, Qamışlı və başqa şəhərlərdə cümı namazından sonra küçələrə axışan minlərlər etirazçı Bəşər Əsəd əleyhinə şüarlar səsləndirərək onun istefasını tələb ediblər. Etirazların mərkəzinə çevrilən Homs şəhərində ötən cümə olduğu kimi dünən də yüz minə yaxın nümayişçi mərkəzi meydana toplaşaraq Suriya hakimiyyətinin dinc etirazçılara yönəlik zorkılıqları dayandırmasını istəyiblər. Hökumət qüvvələri etirazları dağıtmaq üçün yenə də odlu silahdan istifadə edib. Təhlükəsizlik qüvvələrinin aşdığı atəş nəticəsində 10-dan çox nümayişçinin öldüyü bildirilir. Yaralıların isə daha çox olduğu deyilir.
Paytaxt Dəməşqdə isə cümə namazından sonra iki partlayış törədilib. Təhlükəsizlik xidmətinin binalarına yaxınlıqdakı  kamikadzelərin idarə etdiyi avtomobillərin partladılması nəticəsində azı 40 nəfər ölüb, 100-dək adam yaralanıb. Onların arasında hərbçilərin də olduğu bildirilir. Partlayışlardan biri Dəməşqin varlıllar yaşayan Kfar Şuşada lüks tam mərkəzində həyata keçirilib. Partlayışlardan sonra atışma səsinin də gəldiyi bildirilib. Əlavə edək ki, Suriyada hökumət əleyhinə etirazlar və orduyla müxaliflər arasındakı qarşıdurmalar doqquz aydır davam edir. Ancaq bu müddət ərzində paytaxt Dəməşqdə ilk dəfə belə bir qanlı olay baş verib.
Dövlət telekanalının məlumatına görə, ölkə rəhbərliyi partlayışların xaricdən dəstək alan “Əl-Qaidə” terrorçuları tərəfindən törədildiyini iddia edib. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Bir neçə dəqiqə ərzində reallaşan iki partlayışın mənbəyinin “bubi tələsi” yerləşdirilmiş avtomobillər olduğu dəqiqləşib.
Bu arada daha bir ölkə Bəşər Əsəd rejiminə sanksiyalar tətbiq edilməsi haqda qərar çıxarıb. İsveçrənin Suriya diktatoru Bəşər Əsəd və digər yüksək səviyyəli rəsmilərə aid 53 milyon dollarlıq hesabları dondurduğu bildirilib. İsveçrə hökuməti dondurulan pulların 12 şirkət ilə 54 fiziki şəxsə aid olduğunu açıqlayıb. Hesabları dondurulanlar arasında Bəşər Əsəd, qardaşı ordu komandiri Mahir Əsəd və Daxili İşlər naziri Məhəmməd İbrahim Əşşar da var. Onu da qeyd edək ki, bundan öncə İsveçrə hökuməti bu ilin mayında etirazçılara qarşı zorakılıq etdiyinə görə Əsəd rejiminə yönəlik sanksiyalar haqa qərar vermişdi.
Bundan başqa Ərəb Ölkələri Liqasının Suriyada baş verənləri izləmək üçün göndərdiyi müşahidə qrup dekabrın 22-dən etibarən bu ölkəyə gəlməyə başlayıb. Sudanlı general Məhəmməd Əhməd Mustafa əl Dabidənin rəhbərlik edtiyi müşahidəçi qrupun üzvlərinin sayının 500-ə çatdırılması planlaşdırılır. Müşahidəçilər ölkənin mütxəlif yerlərində hökumət qüvvələrinin etirazçılara yönəlik zorakılıqlarının araşdıracaq. Ancaq müxalif qrupların yaratdığı Suriya Milli Şurasının lideri Burhan Qalyum bildirib ki, müşahidəçilərin ölkəyə buraxılmasına razılıq verən Əsəd rejimi əslində vaxt qazanmaq istəyir. Galyum BMT-yə müraciət edərək Suriyadakı zorakılıqların dayandırılması üçün bu ölkəyə müdaxilə edilməsini tələb edib.

Elxan