Vicdan məhbusları kolona köçürüldü

Dünən axşam saatlarında vicdan məhbusları cəzaçəkmə müəssisələrinə köçürülüb. Bu barədə musavat.com-a siyasi məhbus Arif Hacılının qardaşı Musatafa Hacıbəyli məlumat verib.

Onun sözlərinə görə, Arif Hacılı istintaq tecridxanasindan Ramanidaki 16 sayli cəzaçəkmə müəssisəsinə, Tural Abbaslı Qizildaşdakı 14 sayli cəzaçəkmə müəssisəsinə, Məhəmməd Məcidli isə Dərnəgüldəki 10 sayli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Xatırladaq ki, adı çəkilən vicdan məhbusları – Müsavat Partiyasını mərkəzi icara aparatanın rəhbəri Arif Hacılı, Müsavat Partiyasının gənclər təşkilatının sədri Tural Abbaslı və AXCP fəalı Məhəmməd Məcidli bu il aprel ayının 2-də İctimai Palatanın təşkil etdiyi mitinqdə həbs ediliblər.