“Azadlıq”ın ötən sayında 21 yaşlı Asif Əliyevin həbsxanada müəmmalı ölümü barədə məlumat vermişdik.
Bir daha xatırladaq ki, mərhumun yaxınları onun 6 saylı cəzaçəkmə müəssisəsində məruz qaldığı işgəncələr nəticəsində dünyasını dəyişdiyini bildirir. Penitensiar Xidmətdən isə bu haqda səslənən fikirləri təkzib edirlər.
“Insan Hüquqları Uğrunda” Ictimai Birliyin rəhbəri Eynulla Fətullayev “Azadlıq”dan bu barədə materialı oxuyandan sonra məsələni araşdırmaq qərarına gəlib. Jurnalist dünən 6 saylı cəzaçəkmə müəssisəsinə gedərək, orada müəssisə rəhbərliyi, eləcə də məhbuslarla Asif Əliyev barədə söhbətləşib: “Məsələni 70 faiz araşdırmışam. Amma tam qənaətə gəlmək üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə də baş çəkməliyəm. Çünki Asif Əliyev orada dünyasını dəyişib”.
Eynulla Fətullayev bu gün Müalicə Müəssisəsinə gedəcək.
Aytən