Ötən gün “Azadlıq”a zəng edən Hövsan sakinləri qəsəbədə yerləşən Bakı Dəniz Balıq Limanında lövbər salmış gəmilərin sökülərək metal hissələrinin daşındığını xəbər verib. Onların sözlərinə görə, hətta bir qismi işlək olan gəmiləri günün müxtəlif saatlarında fəhlələr xüsusi alətlərlə kəsərək, hissə-hissə maşınlara yükləyib, naməlum istiqamətə aparırlar.
Qəsəbə sakinləri deyir ki, metalları daşıyan şəxslərin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus şirkətin işçiləri olduğu haqda iddialar dolaşır. Onların sözlərinə görə, gəmilərin söküntü işləri artıq bir neçə aydır ki, davam edir.
Informasiya şöbəsi