Demokratiya, sabitlik və rifahın dəstəklənməsi
Biz tək hökumətlərlə deyil, getdikcə daha çox vətəndaş cəmiyyəti və insanlarla əməkdaşlıq edəcəyik…
Ştefan Füle, Ittifaqın Genişlənməsi və Avropa Qonşuluq Siyasəti üzrə Komissar, Avropa Komissiyasının üzvü
“Ərəb baharı” sübut elədi ki, insanlar ləyaqətlə, şəffaf və məsuliyyətli hökumətin, hərtərəfli iqtisadi və sosial inkişafın olduğu ölkədə yaşamaq istəyirlər. Son hadisələr eyni zamanda, onu da göstərdi ki, sabitlik, təhlükəsizlik və rifah yalnız real demokratiyanın olduğu yerdə mövcud ola bilər. Avropa Ittifaqının Qonşuluq Siyasətinin əsası bu qurumla qonşu olan on altı Şərq və Cənub ölkələrilə sıx əlaqələrin mövcudluğuna dair öhdəliyin götürülməsidir. Insan hüquq və azadlıqları, şəffaf, ədalətli seçkilər, müstəqil ədliyyə sistemi, iqtisadi modernləşmə, Avropa Ittifaqının vahid bazarına tədrici iqtisadi inteqrasiya və insanlar arasında daha asan əlaqələrin qurulmasıyla bağlı dəyişiklikləri dəstəkləməklə, bu qurumun niyyəti tərəfdaş ölkələrdə dərin demokratiya, sabitlik və rifahı təşviq etməkdir.
Dəyişən mühit və yeni cavab
Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Ittifaqı öz qonşularına birlikdə müəyyən edilmiş universal dəyər və məqsədlərə dair birgə öhdəliyə əsaslanan imtiyazlı əlaqənin qurulmasını təklif edir.
Avropa Qonşuluq Siyasəti 2004-cü ildə yaranandan bəri Avropa Ittifaqının öz qonşuları ilə əlaqələri əhəmiyyətli dərəcədə inkişaf edib. Avropa Ittifaqı anladı ki, onun təhlükəsizliyi və rifahı qonşu ölkələrdəki irəliləyişlərdən getdikcə daha çox asılı olur. Dəyişiklik bizim tərəfdaş ölkələrdə – Şərq və Cənubda iddialı, hərtərəfli demokratikləşmə və islahat prosesində öhdəlik götürmüş bir sıra dövlətlərdə də baş verib. Bu dəyişikliklərə cavab olaraq, keçən il Avropa Qonşuluq Siyasətinin hərtərəfli təhlili aparıldı. May ayında biz “Dəyişən Qonşuluğa yeni cavab” adlı yeni siyasi variant təqdim etmişdik. Burada Avropa Ittifaqının qonşularına qarşı iddialı yanaşma müəyyən olunur ki, bu yanaşma da qarşılıqlı cavabdehlik və “çoxa çox” prinsiplərinə əsaslanır. Konkret olaraq, bu o deməkdir ki, islahat prosesi ilə daha çox məşğul olan ölkələr üçün Avropa Ittifaqı bu birliyin daxili bazarında tədrici iqtisadi inteqrasiyanın əlavə maliyyələşdirilməsi və ya həmin ölkənin vətəndaşları üçün mobilliyin yaxşılaşdırılması yolu ilə təşviqedici tədbirləri artıracaq. Eyni zamanda, yeni metod tərəfdaş ölkələrdə vətəndaş cəmiyyəti təşkilatları ilə daha dərin öhdəliyin götürülməsini təşviq edir.
Bu il dekabrın 7-də Avropa Komissiyası öz xarici alətlərinə dair 2014-2020-ci illəri əhatə edən müddət üçün iddialı büdcə təkliflərini qəbul etdi. Bu, Avropa Ittifaqına demokratiyanın, sülh, sabitlik və rifahın təşviqində və yoxsulluqla mübarizədə qlobal səhnədə öz cavabdehliyini yerinə yetirməyə imkan verir. Iddia səviyyəsi xüsusilə, Avropa Qonşuluğundakı ölkələr üçün ayrılmış büdcəyə dair təklifdə öz əksini tapır.
Doğrudan da 2014-2020-ci illər üçün ayrılmış 18.2ÿ milyarddan artıq vəsait, cari alətlərin büdcəsilə müqayisədə təxminən 50 faiz artım deməkdir. Bu iddia səviyyəsi bir çox tərəfdaş ölkələrin başladıqları kompleks islahatlara səmərəli şəkildə cavab vermək iqtidarında olmalıdır.
Biz həm də yeni Avropa Qonşuluq Siyasəti təklif etmişik ki, bu da 2014-cü ildən sonra böyük miqdarda maliyyələşdirməni təmin edəcəkdir. Bu yeni alətdə yeni Avropa Qonşuluq Siyasətinin ruhu və konsepsiyası əks olunur. O, Avropa Qonşuluq Siyasətinin altı tərəfdaş ölkəsinə yardım göstərəcək, cari Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti vasitəsilə qonşulara göstərilən uğurlu yardıma əsaslancaq.
Daha çox məqsədin əldə edilməsi…
Yeni Avropa Qonşuluq Aləti tərəfdaş ölkələrlə əlaqələrin gücləndirilməsində faydalı olacaq, demokratiya və insan hüquqları, qanunun aliliyi, yaxşı idarəetmə və davamlı inkişaf kimi sahələrdə tərəfdaş ölkələrə nəzərəçarpan fayda qazandıracaq. Yeni “çoxa çox” yanaşmasının tətbiqilə bu alət tərəfdaşların ehtiyac və iddialarını daha yaxşı cavablandırmağa imkan verəcək. Öz islahatlarını aparmaları üçün ən iddialı tərəfdaşlara əlavə maliyyə stimulu veriləcək. Avropa Qonşuluq Siyasəti çərçivəsində göstəriləcək yardım Fəaliyyət Planlarında və ya digər oxşar sənədlərdə birgə müəyyən edilmiş siyasi prioritetlərlə daha yaxından əlaqəli olacaq, göstərdiyimiz yardımın Avropa Ittifaqının siyasi prioritetlərinə tam uyğun olduğunu təmin edəcək.
Bundan başqa, yardım daha tez bir müddətdə göstəriləcək, daha çevik və daha səmərəli olacaq. Tərəfdaş ölkələrdən olan vətəndaşlar da təklif edilən dəyişikliklərdən birbaşa faydalana biləcəklər. Avropa Ittifaqının xarici əməkdaşlığını bu birliyin daxili alətlərilə əlaqələndirməklə, məsələn, tələbə mobilliyi, gənclər proqramı və ya vətəndaş cəmiyyətinin dəstəklənməsi kimi sahələrdə uğurlu, eyni zamanda indiyədək əsasən daxili olan Avropa Ittifaqı proqramlarında iştirak mümkün olacaq. Biz həm də trans-sərhəd əməkdaşlığını qüvvətləndirmək və təkmilləşdirmək iddiasındayıq ki, bu da Avropa Ittifaqına üzv dövlətlərin xarici sərhəd regionları ilə Avropa Qonşuluq Siyasətinin tərəfdaş ölkələri arasında konkret həmrəyliyin təzahürüdür.
Qonşuluğun dəyişməsi iddialı bir layihədir və biz tərəfdaşlarımızın qərara aldığı cəsarətli islahatları dəstəkləmək arzusundayıq. Qarşımızda böyük çağırışlar var. Onlara çatmaq üçün biz öz tərəfdaşlarımızı dinləyəcək, təklifimizi onların konkret vəziyyətinə və ehtiyaclarına uyğunlaşdıracağıq. Biz tək hökumətlərlə deyil, getdikcə daha çox vətəndaş cəmiyyəti və insanlarla əməkdaşlıq edəcəyik.
Avropada iqtisadi böhran vəziyyətində Avropa Qonşuluğu üçün yeni büdcəyə dair bu təklif Komissiyanın Qonşuluğa qarşı cavabdehliyinin nə dərəcədə ciddi olduğunun göstəricisidir. Təkliflərimizin qısa müddətdə qəbulu və icrasını təmin etmək üçün mən tam öhdəlik götürürəm.