“Ərəb baharının Azərbaycanda təkrarlanması çox gözləniləndir”
ABŞ-ın Prinston Universitetinin Türkiyə və Yaxın Şərq Araşdırmaları Mərkəzinin elmi işçisi Akın Ünvər “Amerikanın səsi” radiosuna müsahibə verib. Ünvər Türkiyə-Azərbaycan arasında enerji əlaqələri, Türkiyənin Ərəb ölkələrində baş verən inqilablara yönəlik fərqli siyasətinin səbəbləri, bu hadisələrin İran və Azərbaycanda təkrarlanma ehtimalından danışıb.
Ekspert “Ərəb baharı”nın Azərbaycan və İrana sıçramaq ehtimalı barədə suala cavabında bildirib ki, Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən etirazların Azərbaycan və İranda da baş verməsi qaçılmazdır. Onun sözlərinə görə, “Ərəb baharı” regional deyil, artıq qlobal etiraz dalğasına çevrilib: “Ərəb baharı” yalnız region ölkələrini deyil ABŞ, Böyük Britaniya kimi Qərb ölkələrində də narazı eloktorata təsir edib. Dünyada demokratiya qıtlığı çəkən millətlər var. Onlar bu çatışmazlığı aradan qaldırmağa can atır. Üsyan dalğasının Azərbaycan da daxil, demokratiya və insan haqlarının pozulduğu ölkələrdə təkrarlanması çöx gözləniləndir”.