Qədir Rüstəmov dəfn edildi

Dekabrın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının binasında mərhum xanəndə Qədir Rüstəmovla vida mərasimi keçirilib.

“Media forum” saytının məlumatına görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev başda olmaqla dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət adamları, yazarlar, ictimaiyyət nümayəndələri iştirak edib.

Vida mərasimindən sonra mərhum sənətkar Bakının İkinci Fəxri xiyabanında torpağa tapşırılıb.

Qədir Rüstəmov dekabrın 14-də İstanbulun “Acıbadem” xəstəxanasında 77 yaşında vəfat edib.

***

Xalq artisti Fəxri xiyabanda dəfn ediləcək

Ötən gün dünyasını dəyişən xalq artisti Qədir Rüstəmov bu gün son mənzilə yola salınacaq. ANS PRESS-in məlumata görə, mərhumun cənazəsi vidalaşmaq üçün 2011-ci il bu gün saat 13.00-dan 15.00-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının binasında (Şəmsi Bədəlbəyli küçəsi, 98) qoyulacaq. Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcək.