İranda sui-qəsd planı baş tutmadı, kütləvi həbslər başlayıb
İran son dövrlərinin ən iri qalmaqalına girib. İslam inqilabının rəhbəri bir sıra iri rütbəli məmurun- SEPAH zabitlərinin və özünün cangüdənlərinin həbsinə fitva verib. Onların arasında ayətullahın oğlu Müctəba Xamneyi də var. Həbs edilənlər ayətullah Xamneyiyə qarşı sui-qəsd planı həyata keçirməkdə ittiham edilirlər.
İttihama görə, həbs edilənlər Xamneyinin Tehrandan 40 kilometr aralıda Biqdan kəndi yaxınlığındakı raket bazasına səfərini təşkil etməli imişlər. Bu səfər ərəfəsində isə orada partlayış baş verməli və Rəhbər də həlak olmalı idi. Xatırladaq ki, həmin partlayış baş verib və orada İran ordusunun 21 zabiti həlak olub. Amma Xamneyi həmin səfərdən son anda imtina etdiyi üçün salamat qalıb.
Ümumiyyətlə, son günlər İranda sui-qəsd mövzusu gündəmin əsas məsələlərindəndir. Yerli mətbuatın məlumatına görə bir qrup sui-qəsdçi İranın Neft naziri Rüstəm Qaemini öldürmək planı hazırlayıbmış və hətta onların bu məsələni Əli Əkbər Haşimi Rəfsəncani ilə də razılaşdırdıqları barədə yazır.
Sui-qəsdin arxasında kimlərin dayandığı barədə hələlik, bir sıra ehtimallar dayanır. Rəhbər uzun müddətdir ki, prezident Əhmədinejadla münaqişə vəziyyətindədir. Prezident SEPAH-ın bir sıra yüksək rütbəli zabitləri ilə yaxın münasibətlərdədir. Başqa tərəfdən, Mahmud Əhmədinejad Rəfsəncani ilə də düşməndir.
Xamneyinin oğlu Müctəba Xamneyi də sui-qəsdçilər arasında adı hallananlardandır və onun da Əhmədinejadla çox yaxın ilişkiləri var. Müctəba, hərbiləşdirilmiş “Bəsic” təşkilatının yüksək rütbəli məmurlarındandır. İttiham tərəfinin verdiyi məlumata görə ayətullah Xamneyi öldürüləndən sonra ölkədə fövqəladə vəziyyət elan etmək və Müctəba Xamneyinin rəhbərliyi ilə Müvəqqəti hökumət yaratmaq planlaşdırılbmış.
İnformasiya şöbəsi