Cavid Qurbanov şou-biznesə baş vurur

Bəstəkar Nailə Mirməmmədli “Azəryolservis”in şefi, deputat Cavid Qurbanovun yazdığı şeirlərə mahnı bəstələyib. Bu barədə “Reytinq”ə bəstəkar özü məlumat verib.

Nailə Mirməmmədli bildirib ki, Cavid Qurbanovun şeirlərinə bəstələdiyi iki mahnıdan birini Röya, digərini isə Elton Hüseynəliyev ifa edəcək.
Görünür, Cavid Qurbanov fövqaləda hallar naziri Kəmaləddin Heydərovun, sabiq deputat Hüseyn Abdullayevin bəstəkarlığından həvəsə gəlib. Və istəyib ki, şou-biznesdə onun da imzası olsun.