Kanadanın Toronto şəhərində Azərbaycandakı vicdan məhbuslarına dəstək aksiyası keçirilib. Bu barədə Torontoda yaşayan siyasi mühacir Samir Əliyev “Azadlıq”a yazdığı məktubda bildirir.
Samir Əliyev bildirir ki, Torontoda mühacirət həyatı yaşayan müxalifətçilər Azərbaycandakı vicdan məhbuslarına dəstək nümayiş etdiriblər. Eyni zamanda siyasi mühacirlər adından müraciət qəbul olunub. Müraciətdə vicdan məhbuslarının dərhal azadlğa buraxılması tələb olunur, 9 aprel 2011-ci il tarixdə Apellyasiya Məhkəməsində 2 aprel məhbusları Arif Hacılı, Fuad Qəhrəmanlı, Məhəmməd Məcidli və Tural Abbaslıya qarşı məhkəmə zalında qoçu dəstəsi tərəfindən edilən zorakılıq pislənilir.
Xatırladaq ki, Samir Əliyev 2005-ci ildən Müsavat Partiyasının üzvü olub, 2007-ci ildə siyasi fəaliyyəti ilə əlaqədar üzləşdiyi təzyiqlərə görə Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.