“Əfv fərmanı gözləyirik”

«Azərbaycan prezidentinin Yeni il ərəfəsində əfv fərmanı imzalayacağını gözləyirik». Bunu Ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib: «İnşallah, bu baş verərsə, 50-ci əfv fərmanı olacaq».

E.Süleymanova əfvlə bağlı mütəmadi olaraq məhkumlarla və onların ailə üzvləri ilə görüşdüyünü, müvafiq təkliflər aldığını deyib.

Ombudsman bir qədər əvvəl Azərbaycan prezidentinə növbəti əfvlə bağlı müraciət edib (APA)