Əhmədinejada ayaqqabı atdılar

İran prezidenti Sarı şəhərində sürprizlə üzləşib

İranda mühafizəkarlara yaxınlığı ilə tanınan “Shafaf.ir”  xəbər saytı ölkə prezidenti Mahmud Əhmədinejada ayaqqbı atıldığına dair məlumat yayıb. Əhmədinejada müxalif qrupların idarə etdiyi saytın xəbərinə görə, toxuculuq fabrikində çalışan bir fəhlə işdən qovulduqdan sonra ölkənin şimalındakı Sarı şəhərini ziyarət edən prezidentə ayaqqabı tullayıb. İşsizlik müavinəti ala bilmədiyi üçün hökumətə etiraz edən fəhlənin atdığı ayaqqabının Əhmədinejada dəymədiyi də saytın xəbərində deyilir.
Əhmədinejad Sarı şəhərində bir neçə yaşayış binasının açılışı və keçmiş daxili işlər naziri Əli Kürdanın vəfatının ikinci ildönümü ilə əlaqədar olub, əhali qarşısında çıxış edib.
İran mənbələrinin bildirdiyinə görə, Əhmədinejad tərəfdarları həmin fəhləni ayaqqabılarını ölkə prezidentinə doğru tulladıqdan dərhal sonra tutub möhkəm döyüblər.
İranlı fəhlənin sonrakı taleyi, onun tutulub-tutulmaması haqda məlumat yayılmayıb.