16 saylı cəzaçəkmə müəssisəsində rüşvət var
Vicdan məhbusu Babək Həsənov ötən gün ailə üzvləri ilə görüşüb. O, cəza çəkdiyi 16 saylı müəssisədəki müxtəlif məzmunlu problemlərdən şikayətlənib və onların mediada işıqlandırılmasını xahiş edib.
Babək Həsənov deyib ki, cəzaçəkmə müəssisəsində məhkumların təminatı sıfır səviyyəsindədir, onlara elementar yataq ağları, döşək verilmir. Müəssisədə hamam pulludur, pulun yoxdursa aylarla su üzünə həsrət qala bilərsən.
Bunlardan başqa ailəvi görüş yerləri üçün də 20 manat məbləğındə rüşvət yığılır. Vicdan məhbusu bildirib ki, ondan bir neçə məsələ ilə bağlı rüşvət istənilsə də o imtina edib, lakin rüşvət istəyənin “…filankəs (zamanında tanınmış siyasi məhbuslardan biri) mənə pul veribsə, sən də verməlisən” kimi absurd cavabı ilə qarşılaşıb.
Natiq