Türk mətbuatı İntiqam Əliyevə haqsızlığı üzə çıxardı

Türkiyə mətbuatı İstanbul aeroportunda döyülən azərbaycanlı vəkil İntiqam Əliyevlə bağlı maraqlı yazı dərc edib.

“Qafqazinfo”nun məlumatına görə, “Radikal” saytı İstanbul hava limanında polisin İntiqam Əliyevin adını görüncə onu azəri mahnısı ifa edən şəkildə səsləndirib. Daha sonra isə pasportu etinasız şəkildə vəkilə uzadıb və o yerə düşüb. İntiqam Əliyevin “Mənə niyə belə davranırsınız” sualından sonra isə polis pasportu kobud şəkildə götürür və “Götür çıx get” deyir. Azərbaycanlı vəkil “Məmur oğlanın amiri kimdir” deyə soruşduqda isə polis pasportu onun əlindən almağa çalışır və bu zaman bilet cırılır. Məmur vəkilin ona “amele” (hambal) dediyini zənn edərək təhqir edildiyini iddia edir. Türkiyə saytı isə təsdiqləyir ki, Azərbaycan dilində belə bir söz yoxdur. Daha sonra 15 polis onu yuxarı mərtəbəyə çıxarır. Dörd saat pəncərəsiz bir otaqda saxlanılır. Məhz həmin polisin də ona yumruq vurduğu bildirilir. Bundan sonra da vəkilin “amele” dediyi iddiası ilə əməliyyatlara başlanılır və nəticədə Türkiyəyə girişinə bir il qadağa qoyulur.

Qeyd edək ki, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, “Freedom House”, “Human Right Watch” olayla əlaqədar Türkiyənin müvafiq qurumlarına müraciət ünvanlayıblar.

***

Türkiyə Intiqam Əliyevlə bağlı məsələyə reaksiya verdi

“Dekabrın 6-da hüquq müdafiəçisi Intiqam Əliyevin Türkiyədən çıxarkən Atatürk hava limanında Türk polisi ilə yaşadığı problemə bəzi media orqanlarının yanaşma tərzini heyrət və təəssüflə qarşılayırıq. Türkiyədə çox az-az hallarda meydana gələn tamamilə hüquqi bir hadisənin bu qədər şişirdilməsi olduqca təəccüblüdür”.

Bu fikirlər Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşavirliyinin yaydığı açıqlamada öz əksini tapıb. Açıqlamada bildirilir ki, səfirlik bir çox jurnalistin səfirliklə heç bir əlaqəsi olmayan bu hadisəni ümumiləşdirərək Türkiyə adından istifadə etməsini və təxribatçı üslubda yazılar yazmasını pisləyir:”Bu cür yazılar ölkələrimiz və xalqlarımız arasındakı əlaqələri yanlış istiqamətə yönəltməklə qalmayıb, eyni zamanda qardaşlıq əlaqələrinə qarşı da böyük bir haqsızlıqdır. Bir nəfərin yaşadığı və hər iki ölkədə də meydana gələ biləcək belə bir hadisəni, başqa bir müstəviyə daşıyaraq Türkiyə-Azərbaycan əlaqələrini bir sıra mənfəətlərə alət etməyin jurnalistika etikasına uyğun olmadığını düşünürük.
Səfirliklə əlaqəsi olmayan və təəssüf hissi ilə qarşılanan belə bir hadisəni öz miqyasında dəyərləndirmək lazımdır.